azia.az
azia.az

“Tiktok”da qadınları şantaj edən polisə çağırıldı

5-12-2024, 10:19


Pul qazanmaq məqsədi ilə "Tiktok" sosial şəbəkəsindən istifadə edənlərin sayı günbəgün artır. Təəssüf ki, asan yolla pul qazanmaq kimi qiymətləndirilən bu üsul nəticəsində bir çox insan dələduzların qurbanı olur.

Bu gün sosial şəbəkələrdə insanları şantaj edənlər hüquq-mühafizə orqanları tərəfindən nəzarətə alınıb. İndi bu sahədə boşluqdan istifadə edən bəzi dələduzlar qadınları müəyyən məqsədlərlə şantaj edib pul tələb edirlər. Adamları tora salmaq üçün əvvəlcə özlərini iş adamı və yaxud başqa şəxslər kimi təqdim edir, onlarla müəyyən söbətlər edib, səsini yazır və sonradan şantaj niyyətlərini işə salırlar….

  İnformasiya sahəsindəki bu boşluqlar barədə ekspert Fərman Nailov  başqa cür düşünür. O, boşluqların olduğunu, bu sahənin nəzarətsiz bir meydana çevrildiyini ifadə edir. 

“Ədəbsiz, əxlaqsız, küçə adamları bu şəbəkədə özlərini rahat hiss edirlər. Insanları təhqir edir, onların şərəf və ləyaqətini alçaldır. Ailəli qadınları müxtəlif variantlarla aldadır öz torlarına salıb, məqsədlərini həyata keçirirlər. Bu hərəkətlər  yetişən gənclərin tərbiyəsində mənfi rol oynayır. İndi sosial şəbəkələrdə müxtəlif adlar altında at oynadan dırnaqarası qəhrəmanların sayı minlərlədir. Dövlət bu sahədə təcili tədbirlər görməsə, nəzarətdən çıxa bilər. İnının səmimiyyətimə. Profillərinə elə şəkillər qoyurlar ki, adam dəhşətə gəlir. Qazilərin və şəhid ailələrin adından istifadıə edib insanları alçaltdıb, onları təhqir edirlər. Qadınların profildən şəkillərini götürüb, kollac edib sonradan niyyətlərini həyata keçirirlər. Qısa olaraq demək istəyirəm ki, bu sahəyə nəzarət gücləndirilməlidir”-deyə, ekspert bildirir. 

 

 

Mütəxəssislər həyəcan təbili çalır

 

Mütəxəssislər sözlər həyəcan təbili çalır:

“Onlar  “İnstagram” və “TikTok” sosial şəbəkə səhifələrində müxtəlif adlar altında şəxsi hesab yaradıb xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən hədə-qorxu ilə tələblər irəli sürürlər.

 Onlara qarşı Cinayət Məcəlləsinin 182.2.1 (hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə), 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülmə ehtimalını gücləndirir”.

Redaksiyanın qaynar xəttinə belə qurbanlardan birinin məlumatı daxil olub. Ailəli olduğu üçün adının çəkilməsini istəmir.  Zərərçəkənin sözlərinə görə hal-hazırda onu "SENAT009" saxta profili və QURBANOV ELMİR KAMİL OĞLU adı ilə özünü dırnaqarası tiktoker kimi təqdim edən biri şantaj edir. Ona əxlaqsız təkliflər edib, evinə çağırır. Əks halda onun haqqında əlində olan rüsvayedici çəkilş və məlumatları yayımlayacağını bildirir. Həmçinin zərərçəkən qeyd edir ki, qadınları şantaj edən dırnaqarası tiktoker haqqında belə şantajlarına  görə 21 və 23-cü polis bölmələrində verilən şikayətlər araşdırılır. Qadınları evinə çağırıb əxlaqsız təkliflər edir, razılaşmadığı halda keçir şantaja. 

Sosial şəbəkələrdəki ozbaşınalıqlarla bağlı  Daxili İşlər Nazirliyindən Bizim.Media-nın göndərdiyi sorğuya cavab olaraq məsələnin araşdırıldığı bildirilib:

"Sosial şəbəkələrdə "falçılıq", "baxıcılıq", "taleyin dəyişdirilməsi" və digər adlar altında yerləşdirilən şirnikləndirici elanlarla vətəndaşların aldadılaraq pul vəsaitlərinin mənimsənilməsi ilə bağlı polis orqanlarına daxil olan müraciətlər diqqət mərkəzində saxlanılmaqla araşdırılır.

Vətəndaşlardan mənimsənilən pul vəsaitlərinin miqdarından asılı olaraq hal barəsində inzibati və yaxud cinayət icraatı açılır. Sosial şəbəkə istifadəçilərinə bu kimi hallarda diqqətli davranmağı, bu tipli elanları paylaşan şəxslərə heç bir halda ödəniş etməməyi və şəxsi məlumatlarını tanımadığı şəxslərlə paylaşmamağı tövsiyə edirik".

 

Biz isə vətəndaşları şantaj yolu ilə hədələyən sözü gedən şəxs barədə məlumatları araşdırılması üçün Daxili İşlər nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə və Baş Prokuroluğa ünvanlayırıq.

 

Yaqut Zeynalova,

Tanınmış yurnalist

 

 

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi