azia.az
azia.az

Afət Telmanqızına vəzifə verildi

Dünən, 19:45

Əməkdar jurnalist, "LAF" TV-nin təsisçilərindən olan Afət Telmanqızı yeni vəzifəyə təyin olunub.

Azia.az bloqu xəbər verir ki, bakıvaxtı.az-ın məlumatına görə, Afət Telmanqızı Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.

A.Telmanqızının mətbuatda ilk rəsmi iş yeri 1997-ci ildə "Hürriyyət" qəzeti olub.

2000-ci illərdə "Yeni Müsavat" qəzetində müxbir kimi çalışıb. 2001-ci ildən isə ANS TV-də redaktor, sonra Xəbərlər Departamentinin baş redaktoru olub. "Xəbərçi", "Nəzər nöqtəsi", "Açıq söhbət" verilişlərinin aparıcısı olub. 

ANS TV fəaliyyətini dayandırdıqdan sonra Space TV-də Xəbərlər Departamentinin baş redaktoru olub. Real TV-də şef redaktor işləyib. 

2020-ci il mayın 28-də həmkarı Ləman Ələşrəfqızı ilə birgə LAF TV-ni təsis edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi