Seçki günü yaxınlaşdıqca namizədlərin seçicilərlə görüşü daha da intensiv xarakter alır. Belə ki, Milli Məclisə növbədənkənar seçkilərlə bağlı 105 saylı Tovuz-Gədəbəy seçki dairəsindən deputatlığa namizəd Nağıyev Arzu Nəsib oğlunun təbliğat- təşviqat kampaniyası çərçivəsində Gədəbəy rayonunun Göyəlli, Qaravəlilər və Məmmədcəfərli kəndlərinin seçiciləri ilə görüş keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, namizədin platforması açıqlanaraq onların fikir və təklifləri dinlənildi, seçiciləri narahat edən məsələlərlə bağlı müvafiq qeydlər aparılıb.