Gürcüstanla strateji tərəfdaşlıq DAYANDIRILDI-ABŞ-dən təcili...
ABŞ Gürcüstanla strateji tərəfdaşlığını dayandırıb. Bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller açıqlama verib.
“ABŞ Avropa İttifaqı ilə (birlikdə) “Gürcü Arzusunun” Aİ-yə üzvlüyü dayandırmaq qərarına təəssüf edir. Biz öz konstitusiyalarına xəyanətə qanuni etiraz edən gürcülərə qarşı həddindən artıq güc tətbiq edilməsini qınayırıq – Aİ Kremlə qarşı istehkamdır. Ona görə də biz Gürcüstanla Strateji Tərəfdaşlığı dayandırdıq”, - deyə Metyu Miller brifinqdə bildirib. Modern.az