azia.az
azia.az

DÖVLƏT BAŞÇISI AZƏRBAYCANLI BLOGERİN TOYUNDA TAMADA OLACAQ- VİDEO

1-12-2024, 08:01

Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov Çeçenistana yollanıb.

Azia.az bloqu  axsam.az-a istinadən xəbər verir ki, bloger instaqram səhifəsində Çeçenistan rəhbəri Ramzan Kadırovla bir araya gəlib. Onlar birgə dağlıq əraziyə gediblər. Avtomobili Kadırov özü idarə edib.

Hüseyn tezliklə Qroznıda toy edəcəyini vurğulayıb:

"Biz razılığa gəldik ki, toyumu tezliklə Qroznıda edəcəyəm. Hamını da toyuma dəvət edirəm".

Kadırov isə Hüseynin bu sözlərinə belə reaksiya verib:

"Əgər tamada mən olacağamsa, toy möhtəşəm keçəcək. Əl sıxdıqsa, demək bu çox ciddi məsələdir. Tezliklə bu toyun olacağını gözləyirik".



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi