azia.az
azia.az

Sahibkarlar Avropada təhsil alan vətəndaşlara üstünlük verirlər - SƏBƏB

Dünən, 23:36

Müşahidələr onu göstərir ki, bu gün sahibkarların əksəriyyəti işə qəbul zamanı məzunların xaricdə təhsil alıb-almamasına diqqət yetirirlər. Nəticə olaraq xaricdə təhsil alanların işə qəbulu digər vətəndaşlara nisbətən daha asan olması cəmiyyətdə müzakirə edilən mövzulardandır.

 

Məsələ ilə bağlı təhsil eksperti Rizvan Fikrətoğu AzEdu.az-a açıqlamasında qeyd edib ki, Azərbaycan universitetlərində verilən təhsil hələ də xaricdən qat-qat aşağıdır:

 

148593

"Xarici universitetlərə attestatla müraciət edənlər və distant təhsil almış şəxslərin diplomlarına ölkəmizdə üstünlük verilmir. Bu diplomların bir qismi formal xarakter daşıyır. Ancaq dövlət proqramı və təqaüdlə Avropa ölkələrinin bir sıra universitetlərini bitirmiş şəxslərin diplomlarına daha çox üstünlük verilir. Bu isə həmin universitetlərdə təhsil səviyyəsinin yetərincə yüksək olması ilə bağlıdır. Bizim universitetlərin verdiyi təhsil, sözügedən xarici universitetlərin təhsilindən olduqca aşağı səviyyədədir.

 

Biz əksər yüksək vəzifəli şəxslərin dosyelərinə baxsaq, görərik ki, bakalavr, magistratura və ya doktorantura təhsilini beynəlxalq reytinq cədvəlində öndə olan universitetlərdə alıblar. Buna görə də bacarıqları yüksək olan kadrlara bu halda daha çox yer verilir".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi