Cəlilabad rayonunda payızlıq kartofun yığımına start verildi
Cəlilabad rayonunda payızlıq kartofun yığımına start verilib. Xəbər verilir ki, ayrı-ayrı kəndlərdə bu il payızlıq əkin olaraq 900 hektar sahədə kartof əkilib. Bu rəqəm ötən il 260 hektar olub. Fermerlər bildirirlər ki, hazırda məhsulu əkin sahəsindən 40-50 qəpiyə satırlar. Satılan məhsul əsasən paytaxt bazarlarına göndərilir. Qeyd edək ki, bu il rayonda 2 900 hektar sahədə yazlıq kartof əkilib və 81 740 ton məhsul əldə olunub.