azia.az
azia.az

“Dünyada elmlər doktoru anlayışı yoxdur, POST SOVET MƏKANINDA BU ADLAR YƏĞƏŞDIRILIB”-DEPUTAT YIXDI,SÜRÜDÜ

2-11-2024, 21:55

Milli Məclisin plenar iclasında çıxış edən komitə sədri Siyavuş Novruzov vacib mövzulara diqqət çəkib.

O bildirib ki, bu gün Azərbaycanda 7069 nəfər elmi dərəcə alıb.

“Bunlardan 1343 nəfəri elmlər doktoru, 5706 nəfəri isə fəlsəfə doktorudur. 2023-cü ildə 99 nəfər elmlər doktoru adını alıb. Onların 40 faizi - 32 nəfər filologiya sahəsi üzrə müdafiə edib. Hüquq sahəsində müdafiə edənlər isə cəmi 4 nəfərdir. Çoxluq təşkil edən filologiya, tarix, tibb elmləri, dəqiq elmlərdir. Hüquq azlıqda qalan sahədir. Bəs 4 nəfərlə prokurorluq üzvlərini seçmək mümkündürmü? Siyahıda olan elmlər doktorları tarix, filologiya, tibb və dəqiq elmlər üzrədir. Hüquq azlıqda olan sahədir. Hüquq sahəsində ən böyük elm ocağımız olan Bakı Dövlət Universitetində cəmi 27 nəfər elmlər doktoru var. 30 yaşına qədər olan insanlar hüquq-mühafizə orqanlarına qəbul olunur. Bu gün Azərbaycanda cəmi 7 nəfər yaşı 50-dən aşağı elmlər doktoru var. Onlar da yəqin gəlib prokurorluğa yenidən işləmək üçün ərizə verməyəcək. Gərək 7 nəfərin içərisindən hüquq-mühafizə orqanlarında çalışmaq üçün mütəxəssislər tapaq”, - S.Novruzov qeyd edib.

O əlavə edib ki, “Təhsil haqqında” qanunu 20 ilə qəbul etdik, 20 ilə də “Ali təhsil haqqında” qanunu qəbul edərik.

“Biz “Ali təhsil haqqında” qanunu qəbul edəcəyiksə, Bolonya sisteminə keçəcəyiksə, demək bu sistemə uyğun adlar olmalıdır.

Dünyada elmlər doktoru anlayışı yoxdur, fəlsəfə doktoru var, postsovet məkanında bütün bu adlar yığışdırılıb. Hətta Qırğızıstanda belə bu adlar yoxdur, yeni sistemə keçilib. Hansı yaxşıdır, o sistemə keçək”, - Siyavuş Novruzov vurğulayıb.

Qanun layihəsinə gəldikdə, komitə sədri bildirib ki, biz bu qanunu qəbul etsək də, ora hüquq üzrə elmlər doktoru tapıb yerləşdirə bilməyəcəyik.

E.Paşasoy,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi