azia.az
azia.az

Uşağı biznesmen kimi böyütmək üçün praktik nümunələr -DİQQƏT

31-10-2024, 08:44

Bəzi şəxslər özləri işlərini qura bilməsələr də, düşünürlər ki, övladım biznes adamı olsun. Bunun üçün uşaqlarının üzərində necə işləyəcəklərini araşdırırlar. Bu yazıda həmin nüanslara toxunacağıq.

Maliyyə biliklərini inkişaf etdirin

Uşağınızla maliyyə oyunları oynayın. Maliyyə oyunları pul idarə etmə və investisiya etmə bacarıqlarını inkişaf etdirməyə kömək edir.

Eyni zamanda, uşağınıza aylıq xərclərini yazmağı öyrədin. Məsələn, ona müəyyən bir pul verərək alış-veriş etməsini istəyin və büdcə hazırlamağı öyrədin.

İnnovativ düşüncəni stimullaşdırın

Uşağınıza evdə istifadə etmədiyiniz materiallarla kiçik layihələr hazırlamağı tapşırın. Məsələn, oyuncaqların yenidən istifadəsi ola bilər. Uşaqla gündəlik xərcləri müzakirə edin. Məsələn, suyu qənaətlə necə istifadə etmək olar? Onun bu məsələlərə fərqli yanaşmalarını müzakirə edin.

Şəxsi məsuliyyətini gücləndirin

Uşağınıza ev işləri və ya bağda bitkilərə qulluq etməyi tapşırın. Bu, ona məsuliyyət hissini aşılayır. Uşağınıza kiçik bir iş ideyası (məsələn, qonşulara yemək bişirib satmaq) təqdim edin və onun plan hazırlamasına kömək edin.

Kollektiv iş bacarıqlarını təbliğ edin

Uşağınıza dostları ilə birlikdə qrup oyunları oynamağı təklif edin. Bu, əməkdaşlıq və liderlik bacarıqlarını inkişaf etdirir. Məsələn, məktəb üçün bir layihə hazırlamaq (ətraf mühitin qorunması ilə bağlı) uşağınızın komanda işini öyrənməsinə kömək edəcək.

Təhsil və araşdırma yönündə maraq yaradın

Uşağınıza biznes haqqında kitablar oxumağı təklif edin. Yerli icmalarda və ya internetdə uşaqlar üçün təşkil olunan biznes seminarlarına qatılmasını təmin edin.

İnvestisiya qoymağı öyrədin

Uşağınıza xərclədiyi pulu izləməyi öyrədin. Məsələn, pulunu bir yerdə toplayaraq bir kiçik biznes açmağı düşünə bilər. Su, hansısa meyvə satışı ola bilər. Uşağınıza ticarət simulyasiyaları (onlayn ticarət oyunları) oynamaq imkanı verin.

Özünüz də nümunə olun

Öz iş həyatınızla bağlı hekayələri uşağınıza danışın, uğur və uğursuzluqlarınızdan öyrənməsini təmin edin. İş yerindəki gündəlik işlərinizi ona izah edin və ona iştirak etməyə icazə verin.

Netvörkinq bacarıqları təbliğ edin

Uşağınızı ailə tədbirlərinə, dostlarınızın iş tədbirlərinə və konfranslara aparın. İnsanlarla tanış olmağı öyrədin. Özünü ifadə etməyi və digər insanlarla necə ünsiyyət qurmağı öyrədin.

Gözləntiləri idarə edin

Uşağınıza müvəffəqiyyətin zaman alacağını, lakin əzmlə çalışmanın əhəmiyyətini başa salın. Onun uğursuzluqları ilə bağlı dəstək olun və müsbət düşünməyi təşviq edin.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi