azia.az
azia.az

Ali Məhkəmə sabiq rəisin şikayətini qismən təmin edib

19-10-2024, 11:25

Rüşvət alma ittihamı ilə 4 illik məhkum edilmiş N saylı hərbi hissənin qərargah rəisi Vüsal Əliyevin kassasiya şikayətinə baxılıb.
Məlumata görə, Ali Məhkəmə məhkum zabitin şikayətini qismən təmin edib.
Hakimlər V.Əliyevin azadlığa buraxılmasını uyğun hesab etməyib. Qərara əsasən, onun cəzası 6 ay azaldılıb.
Məhkumun cəzaçəkmə müddəti 2023-cü ilin aprelindən hesablanır. Bu qərarla onun çəkilməmiş 2 il cəzası qalır.
Xatırladaq ki, kapitan Vüsal Məmmədov təkrar rüşvət almaqda təqsirli bilinib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə ona sanksiya həddindən aşağı - 4 il azadlıqdan məhrumetmə cəzası verilib.  "Qafqazinfo”


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi