azia.az
azia.az

İnsanın ömrünü uzadan cəmi bir məhsul- HƏKİM..

7-10-2024, 08:23

Bir məhsul sağlamlığı yaxşılaşdıra və ömrü uzada bilər. 

“Cebheinfo.az” VM.ru-ya istinadən xəbər verir ki, bunu həkim Yelena Malışeva və kardioloq German Qandelman “Sağlam yaşa!” verilişinin efirində deyiblər.

Malışevanın sözlərinə görə, düyü qida rasionuna daxil edilməlidir. O, bədənin ümumi vəziyyətinə müsbət təsir göstərir.

“Bu məhsulda karbohidratlarda olan qlükozanın hüceyrələrə daha tez daxil olmasına imkan verən manqan var. Qlükoza qan dövranı sistemində qalmır”, -deyə həkimlər bildiriblər.

Malışeva əlavə edib ki, müntəzəm düyü istehlakı ilə piylənmə, şəkərli diabet, infarkt və insult riski azalır.

“Buna görə də menyusuna daim düyü daxil edən insanlar daha uzun yaşayırlar”, -həkim deyib.

Xəzər


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi