Əxlaqsız məclislərə gedən məşhurların adları açıqlandı: "Arxa otaqlarda..." - FOTO
Dünya şöhrətli repçi Pi Diddinin ( əsl adı - Şon Kombs) qurbanı onun qalmaqallı məclislərinə gələnlərin adlarını açıqlayıb.
Hazırda həbsdə olan musiqiçinin əxlaqsız "ağ partilər"ində çalışan rəqqasə Adriya Şeri İnqliş orada qarşılaşdığı hadisələri danışıb.
"Daily Mail" nəşrinə açıqlamasında Adriya bildirib ki, ən dəhşətli məqamlar arxa otaqlarda baş verib. İnqliş əlavə edib ki, orada bir çox məşhurları görüb. O, Donald Tramp, Diana Ross, Peris Hilton, Ja Rul və Busta Raymsın adlarını çəkib.
Xatırladaq ki, P.Diddi ötən bazar ertəsi nəzarətə götürülüb. Bundan əvvəl onun keçmiş sevgilisi və digər qızlar tərəfindən zorakılıq, narkotik vasitələrin məcburi istifadəsi və insan alveri ilə bağlı bir sıra ittihamlar irəli sürülüb. Mart ayında Diddinin malikanəsində geniş axtarış aparılıb, bu zaman qanunsuz maddələr, silahlar və 1000 butulka uşaq yağı və seks üçün nəzərdə tutulan mayelər aşkar edilib. İstintaq hesab edir ki, repçi bütün bunlardan öz partiləri üçün istifadə edib./olay.az