Azərbaycanda iki futbolçu dalaşdı, birinə sillə vurdular, AFFA olaya qarışdı
“Kəpəz” və “Turan Tovuz”un futbolçuları 4 oyunluq diskvalifikasiya edilib.
Xəbər verilir ki, bu barədə AFFA İntizam Komitəsinin növbəti iclasında qərar qəbul olunub.
Sentyabrın 22-də AFFA Gənclər Liqasında keçirilən “Kəpəz” – “Turan Tovuz” oyunu bitdikdən sonra meydan sahiblərindən Sənan Əliyev, qonaqlardan isə Elcan Xəlilov təcavüzkar davranışa (rəqibi şillə ilə vurduğuna) görə qırmızı vərəqə ilə cəzalandırılıblar.