ABŞ Oklaxoma şəhərinin sakini Flor Ontiveros 2 uşağı öldürməyə cəhd edərkən saxlanılıb.
Bakupost.az xəbər verir ki, o, göl sahilinə 4 yaşlı qızı və 6 yaşlı qardaşı oğlunu gətirərək, onlarla suya girib və uşaqları suya basıb saxlayıb. Ətrafdakıların səs-küyü, yalvarışlarına baxmayaraq o, dayanmaq bilmirdi.
34 yaşlı qadının psixi problemləri olduğu güman edilir.
Şahidlərin sözlərinə görə, o mehriban, üzügülər qadın idi.
Polislər gəlib uşaqları sudan çıxaranda da o, heç nə olmamış kimi gülürdü. Xoşbəxtlikdən uşaqlar sağ idi. Hadisənin səbəbi, motivi hələ məlum deyil.