azia.az
azia.az

MEK Milli Musiqi Gününə həsr olunmuş virtual sərgini təqdim edir

Dünən, 23:00


 18 sentyabr - Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin doğum günü ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Bu münasibətlə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən virtual (https://heyzine.com/flip-book/c665078def.html) sərgi hazırlanıb.

 MEK-in fondlarındakı kitablar əsasında hazırlanan sərgidə Üzeyir Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” elmi işinin adaptasiya versiyası, “Koroğlu. Partitura” (5 pərdə), “Üzeyir Hacıbəylinin bədii dili”, “Qara Qarayev tələbələrin xatirəsində”, “Doğma elin halayları” dərs vəsaiti, “Abdulla Şaiqin sözlərinə bəstələnmiş musiqi əsərləri”, “Qüdsinin musiqi dünyası” fortepiano ilə oxumaq üçün romanslar, “Azərbaycan bəstəkarlarının əsərləri”, “Azərbaycan xalq mahnıları”, “Milli naxışlar” fortopiano üçün 10 konsert pyesi, “Azərbaycan muğamı miniatürlərdə”, “Arif Məlikov. Şərq muğamları” Azərbaycan, ingilis və rus dillərində, “Saz məktəbi”, “Muğam ensiklopediyası”, “Rəşid Behbudov. Sönməz ulduz”, “Emin Sabitoğlu. Əlvida. Səs və fortepiano üçün mahnılar”, “Görkəmli bakılı. Rostropoviç (Великий Бакинец. Ростропович)”, “Fikrət Əmirov”, “Azərbaycan musiqi mədəniyyəti Şərq və Qərb kontekstində”, “Mədəniyyət/Culture” jurnalının dördüncü sayı və “Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı- xüsusi buraxılışı və digər dəyərli nəşrlər var. Bundan əlavə, Beynəlxalq Muğam və Beynəlxalq Qəbələ Musiqi festivallarından, eləcə də “Qarabağ xanəndələri” və “Gənc xanəndələr” adlı MP3 formatında olan albomlar və “Xarıbülbül” festivalının və “Şuşa-İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılışının videogörüntüləri da virtual sərgidə yer alıb.

 

Nəşrlərdə milli musiqi mədəniyyətinin inkişafı və təbliğində müstəsna xidmətləri olmuş bəstəkarların əsərləri ilə yanaşı, qədim dövrdən Azərbaycan ərazisində yayılan və dövrümüzə gəlib çatan çalğı alətləri, onların yayılma hüdudları haqqında məlumatlar verilir.

 

Oxucular MEK-də təşkil edilən eyniadlı ənənəvi kitab sərgisi ilə də yaxından tanış ola bilərlər.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

[email protected]


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi