Dünyanın ilk hidrogen göydələni məhz bu ölkədə tikiləcək - 55 mərtəbə və 1 milyard dollar...
Səudiyyə Ərəbistanının Magnom Properties şirkəti 2025-ci ilin əvvəlində Misirin yeni paytaxtında 55 mərtəbəli ofis qülləsinin tikintisinə başlayacaq.
QHT.az xəbər verir ki, layihə 1 milyard dollara qədər başa gələcək və əsas enerjisini təmiz hidrogendən alacaq. Fasadına quraşdırılmış günəş panelləri elektrik ehtiyacının 25%-ni təmin edəcək. Forbes media qrupunun ilk ticarət qülləsi olacaq bu bina, Çikaqodan olan AS+GG memarlıq qrupu tərəfindən layihələndiriləcək və 2030-cu ilə qədər tamamlanması planlaşdırılır.