Əxlaqi dəyərlərin mövsümdən-mövsümə dəyişdiyi üzə çıxarılıb
Əxlaqi dəyərlərin mövsümdən-mövsümə dəyişdiyi üzə çıxarılıb.
Yenicag.az xəbər verir ki, Britaniya Kolumbiya Universitetindən elm insanlarının apardığı araşdırmanın nəticəsi PNAS adlı elmi jurnalda yayımlanıb.
10 il ərzində müxtəlif ölçüdə araşdırma aparan elm insanları son olaraq ABŞ-lilər arasında sorğu keçirib. Araşdırmaların nəticəsinə əsasən, təsbit edilən 5 əxlaqi dəyərin – sosial məsuliyyət, ədalət, qrupa sədaqət, avtoritariyaya itaət və müqəddəslik və ya saflıq – mövsümlərə görə dəyişiklik göstərdiyi müəyyənləşdirilib.
Maraqlısı isə budur ki, mövsümlər arasında keçidin daha sərt olduğu dönəmlərdə əxlaqi dəyərlərdəki dəyişikliklərin də kəskin xaarkter daşıdığı üzə çıxıb.
www.yenicag.az