İTV və ya AzTV-də siyasi partiyalar arasında seçki ilə bağlı debatlar keçirilsin.
Bakupost.az bildirir ki, bu barədə təklifi keçmiş Baş nazir, deputatlığa namizəd Pənah Hüseyn verib.
O deyib ki, bununla bağlı Prezident İlham Əliyevə müraciət etmək lazımdır:
“Sabahdan seçkilərin təbliğat-təşviqat kampaniyasının başlanmasını nəzərə alaraq, təklif edirəm ki, İTV və ya AzTV efirlərində siyasi partiyalar arasında seçki ilə bağlı debatların keçirilməsi üçün ödənişsiz efir vaxtının ayrılması ilə bağlı AR Prezidenti cənab İlham Əliyevə müraciət edək. Bunu TV idarə orqanlarının qərarı ilə də etmək olar. 2010-cu il seçkilərinin təcrübəsi göstərir ki, belə debatlar ən reytinqli verlişlər olur”.
Elnur