ABŞ vətəndaşlarına İsraildə qalma riskləri ilə bağlı xəbərdarlıq edib
ABŞ-ın Qüdsdəki səfirliyi Yaxın Şərqdə gərginliyin artması fonunda Amerika vətəndaşlarına İsraildə qalma riskləri ilə bağlı xəbərdarlıq edib.
Bu barədə “Report” səfirliyin məlumatına istinadən xəbər verir.
Qeyd olunub ki, Amerika vətəndaşları şəxsi təhlükəsizlik məsələlərində diqqətli olmalı və məlumatlılığı artırmalıdırlar. Vurğulanıb ki, top atəşləri, minaatan və pilotsuz uçuş aparatlarının (PUA) hücumları xəbərdarlıq edilmədən həyata keçirilir.
ABŞ səlahiyyətliləri xəbərdarlıq edib ki, gərgin vəziyyətə görə uçuşları ləğv olunarsa, vətəndaşlarına bilet bron etməkdə kömək edə bilməyəcəklər.