İran dövlət televiziyası HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Həniyyənin Tehrandakı iqamətgahında sui-qəsd nəticəsində öldüyünü bildirib.
Xəbər verilir ki, İran mətbuatında hadisə ilə bağlı təfərrüatların daha sonra açıqlanacağı qeyd edilib.
İran dövlət televiziyasının İran İnqilab Keşikçiləri Korpusunun bəyanatına əsaslanaraq verdiyi xəbərə görə HƏMAS lideri Tehrandakı iqamətgahında sui-qəsdə məruz qalıb.
Hücum zamanı Həniyyənin mühafizəçilərindən birinin də öldüyü bildirilir.

7 dəfə sui-qəsd cəhdi ilə qarşılaşan, 12 uşaq atası olan prezident – Ramzan Kadırov haqqında ən maraqlı faktlar
Şah İsmayıl Səfəvi Xətai kim olub? – ARAŞDIRMA
