Yay aylarında ən çox yeyilən qidalardan biri sözsüz ki, dondurmadır.
Mövcud dondurmaların bir çox növləri arasında ən sağlam olanı məlum olub.
Şokoladlı və vanilli dondurmalar nisbətən oxşar xüsusiyyətlərə malikdir. Bununla belə, əsl əhəmiyyət kəsb edən istifadə olunan maddələr və tərkibindəki şəkərin miqdarıdır.
Əsasən krem, süd, kakao və vanil kimi maddələrdən hazırlanmış məhsulları yeməlisiniz.
Dondurmanın üzərini tünd şokolad, doğranmış fındıq və təzə meyvələrlə zənginləşdirə bilərsiniz.
Evdə hazırladığınız dondurmanın daha sağlam olması üçün onun üstünə və ya altına qoz-fındıq da əlavə edə bilərsiniz.
Aygün