azia.az
azia.az

Bu tarixdə Bakıda MƏHDUDİYYƏTLƏR olacaq

27-07-2024, 16:35

İqlim Dəyişikliyi üzrə Birləşmiş Millətlər Təşkilatının 29-cu Konfransı (COP-29), dünyanın hər yerindən siyasətçiləri, elmi mütəxəssisləri və aktivistləri bir araya gətirən əhəmiyyətli bir tədbirdir. Bu tədbir zamanı iqlim dəyişikliyi ilə mübarizə, qlobal istiləşmənin təsirləri və ekoloji problemlərin həlli yolları müzakirə olunur. Belə beynəlxalq tədbirlərin keçirilməsi iştirakçı ölkələr üçün həm böyük məsuliyyət, həm də müəyyən risklər doğurur.

Bəs COP-29 ərəfəsində Bakıda hər hansı məhdudiyyətlər tətbiq oluna bilərmi?

Xəbər verilir ki, məsələ ilə bağlı danışan İctimai Şuranın sədri, “Konstitusiya” Araşdırmalar fondunun rəhbəri Əliməmməd Nuriyev News24.az-a açıqlamasında bildirib ki, həmin dövürdə bir sıra mahdudiyyətlər qoyula bilər:

“Konstitusiyada müəyyən edilmişdir ki, hansı hallarda məhdudiyyətlər qoyula bilər. Bunlar hamısı cənab Prezidentin fərmanı ilə qəbul ediləcək qərarlardır. Amma şəhərin mərkəzinə girişlə bağlı bəzi məhdudiyyətlər ola bilər və ya COP-29-un keçirildiyi ərazilərə minik avtomobillərinin girişi qadağan oluna bilər. Bu normal bir prosedurdur və dünyanın hər bir ölkəsində belə mötəbər tədbirlər keçirilidiyi zaman tətbiq olunur”.

Ə. Nuriyev qeyd edib ki, COP-29 olduqca mötəbər bir tədbirdir, bu tədbir zamanı Azərbaycana dünyanın müxtəlif ölkələrindən bir çox hökumət və dövlət başçıları gələcək. Onun sözlərinə görə, məhdudiyyət tədbirlərinin olması normal bir hadisədir: 

“İctimai yerlərdə bir sıra məhdudlaşdırıcı tədbirlərin görülməsi həm sıxlığın yaranmaması, həm də tədbirin daha effektiv keçirilməsi üçün lazımidir. Başqa hər hansısa formada qadağanedici tədbirlərin həyata keçirilməsi mümkün deyil. Qanunvericilik bunu müəyyən etməmişdir. İstənilən ölkədə bu həyata keçirilir. Dünən parisdə Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirildi və orada müəyyən küçələrə girişlə bağlı məhdudiyyətlər var idi. Bu normal bir haldır. Təhlükəsizlik tədbirləri həyata keçirilməlidir.   


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi