MÜŞFİQ BORÇALI Prezident təqaüdünə layiq görülüb
MÜŞFİQ BORÇALI Prezident təqaüdünə layiq görülüb
TƏBRİK EDİRİK!..
Azərbaycan Texniki Universitetinin əməkdaşı – AzTU Press nəşriyyatının, “Ziya” qəzetinin, “Ziya” İnformasiya Mərkəzinin, “ZiM.Az” və “Ziya.İnfo.Az” saytlarının baş redaktoru, tanınmış jurnalist, ədəbiyyatşünas alim, istedadlı yazıçı, zəhmətkeş tədqiqatçı, prinsipial tənqidçi, onlarla kitabın, yüzlərlə elmi və elmi-publisistik məqalələrin müəllifi, 1997-ci ildən Azərbaycan Yazıçılar Birliyinin (AYB), 1998-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin (AJB) üzvü, 2016-cı ildən filologiya üzrə fəlsəfə doktoru, “Abulla Şaiq”, “Nəriman Nərimanov”, “Zirvə”, “Zəfər”, “Qızıl Qələm” və s. mükafatların laureatı olan MÜŞFİQ BORÇALI (Müşviq Mədəd oğlu Çobanov) – bu günlərdə AYB-nin təqdimatına və Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Yazıçılar Birliyi üzvlərinin yaradıcılıq şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” 2023 saylı müvafiq sərəncamına əsasən Prezident təqaüdünə layiq görülüb.