azia.az
azia.az

Palma yağından hazırlanan qidalar zərərlidir? - AÇIQLAMA

18-07-2024, 22:46

Azərbaycanda zərərli palma yağlarının istifadəsi artıb. 

Xəbər verilir ki, 2023-cü ilin ilk 6 ayında ölkəyə 5 min ton palma yağı gətirildiyi halda, 2024-cü ilin ilk 6 ayında Azərbaycana 11800 ton palma yağı gətirilib. 

Mövzu ilə bağlı Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, qida mütəxəssisi Məshəti Hüseynova BAKU.WS-ə açıqlama verib. 

Mütəxxəsis bildirib ki, hazırki dövrdə qida çeşidliliyi hər zaman sağlam sayılmır: 

“Bu həm də qidanın ucuz xammaldan hazırlanmasıdan xəbər verir. Qidanın rəf ömrünün uzun olması müəyyən qatqıların olmasından xəbər verir. Belə olan halda palma yağının istifadəsi də artır, çünki o qidanın ömrünü uzadır. Eyni zamanda, qidada palma yağından istifadə daha ucuz başa gəlir. 

Bəzi ölkələrdə palma yağından istifadə olunsa da, ancaq bəzilərində qadağan olunub. Ən əsası da uşaq qidalarında bu yağlardan istifadə olunmur. Hazırda bir çox paketlənmiş qidalarda, restoranlarda verilən yeməklərdə, şirniyyatlarda palma yağlarından daha çox istifadə olunur. Bəzən bunlar göstərilmir, bitki yağı adı altında insanlara təklif olunur. 

Palma iki üsuldan hazırlanır. Həm sənaye üsulu, həm də bitkinin meyvəsindən alınan yağla. Əgər təbii haldadırsa, tərkibində A, E vitaminləri, doymamış qida turşuları varsa, az miqdarda, gec-gec istifadə etmək olar. Ancaq mütəmadi istifadədə immunim sisteminin fəaliyyətini zəiflədir, bir çox xəstəliklərə cığır açır". 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi