Həddindən artıq meyvə yeyənlərin NƏZƏRİNƏ
“Şirin meyvələr həddindən artıq istehlak edildikdə sağlamlığa ciddi zərər verə bilər”.
KONKRET.az xəbər verir ki, bu barədə rus qastroenteroloq Yevgeniya Melnikova danışıb.
Həkim təhlükəli meyvələr sırasına banan, manqo, üzüm, ananas, kivi, albalı və başqalarını qeyd edib ki, tərkibində çoxlu miqdarda şəkər var.
“Fruktozanın 85%-i bağırsaqlarda və qaraciyərdə qlükoza və qlikogenə, sonra isə yağlara çevrilir. Fruktozanın həddindən artıq istehlakı mənfi nəticələrə səbəb ola bilər: yağlı qaraciyər xəstəliyi, piylənmə, şəkərli diabet kimi xəstəliklərlə üzləşə bilərsiniz”, – deyə Melnikova xəbərdarlıq edib.
Onun sözlərinə görə, artıq meyvə istehlakı böyrəklərin fəaliyyətinə mənfi təsir göstərir, həmçinin artıq çəki, alkoqolsuz qaraciyər yağlanması, aterosklerotik lövhələr və hüceyrənin insulinə həssaslığının itirilməsinə səbəb ola bilər.
Meyvənin həddindən artıq istehlakı eləcə də kalori qəbulunu artırır və oturaq həyat tərzi ilə birlikdə piylənmənin inkişafı üçün əlverişli şərait yaradır.
“Orqanizmə zərər verməmək üçün şəkəri az olan meyvələri seçin: moruq, qaragilə, böyürtkən”, – deyə həkim məsləhət görüb.
Burhan