"Rusiya hakimiyyəti bizi aldatdı" - Simonyan
“Ermənistan həmişə özünü sadiq tərəfdaş kimi göstərib, son vaxta kimi Rusiyanın onu tək qoymayacağına inanıb və ümid edib”.
Bu sözləri Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
O bildirib ki, Rusiya hakimiyyəti Ermənistanı və erməni xalqını aldadıb:
“Rusiya Ermənistana özünü müdafiə etməyə çalışmaqdan başqa çarə qoymayıb. Rəsmi Moskvanın Ermənistanı diqqətdən kənar saxlamasında səbəb Rusiya-Ukrayna müharibəsidir”, – deyə Simonyan qeyd edib.
Günel Mikayılova,
KONKRET.az