azia.az
azia.az

Bakıda ISO tərəfindən “Liderlik və İdarəetmə İnkişaf Proqramı” üzrə regional seminar keçirilir

29-05-2024, 22:17


Tədbir ISO-nun strategiyası və qərar qəbuletmə prosesləri üzrə biliklərin təkmilləşdirilməsi, təşkilatın fəaliyyəti və strukturunda milli standartlaşdırma qurumlarının nümayəndələrinin iştirakının genişləndirilməsi məqsədilə təşkil edilib.

Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) təşəbbüsü və Azərbaycan Standartlaşdırma İnstitutunun təşkilatçılığı ilə inkişaf etməkdə olan ölkələrin milli standartlaşdırma qurumları üçün “Liderlik və İdarəetmə İnkişaf Proqramı” üzrə regional seminar keçirilir. 

27-31 may tarixlərində Bakı şəhərində keçiriləcək regional seminarda Albaniya, Azərbaycan, Baham adaları, Burkina Faso, Beliz, Butan, Kolumbiya, Qana, Yunanıstan, Monqolustan, Qətər, Ruanda, Yəmən, İsveçin milli standartlaşdırma qurumlarının rəhbər heyəti iştirak edir.

Seminarın əsas məqsədi ISO-nun strategiyası və fəaliyyəti, qərar qəbuletmə prosesləri, idarəetmə strukturları üzrə biliklərin təkmilləşdirilməsi, ISO-nun üzvləri olan milli standartlaşdırma qurumlarının rəhbər heyətinin liderlik bacarıqlarının inkişaf etdirilməsi, o cümlədən ISO-nun fəaliyyətində və strukturunda milli standartlaşdırma qurumlarının nümayəndələrinin iştirakının genişləndirilməsidir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi