Havaya genetikası dəyişdirilən ağcaqanadlar buraxıldı - FOTO
Afrika ölkəsi Cibutidə malyariyanın yayılmasına səbəb olan istilaçı növlərlə mübarizə aparmaq üçün havaya xüsusi ağcaqanadlar buraxılıb.
Azia.az blogu baku.ws-ə istinadən bildirir ki, sözügedən ağcaqanadların genetikası dəyişdirilib.
Bu proses Böyük Britaniya mərkəzli "Oxitec" şirkətinin labaratoriyasında baş verib.
"Anofel stephensi" adlı yeni növ erkək ağcaqanadlar, dişi balaların yetkinliyə çatmadan ölməsində səbəb olacaq.
Dişi ağcaqanadlar malyariya və digər xəstəlikləri asanlıqla yayma potensialına malikdir.
Şərqi Afrikada ilk dəfə bu təcrübə həyata keçirilirdi.