Bədən Tərbiyəsi və İdman Akademiyasına 4 aydan sonra yeni “Sedan” alınacaq - 101 min AZN-ə
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına yeni avtomobil alınır.
Ali təhsil ocağının Nəqliyyat vasitəsinin satınalınması ilə bağlı elan etdiyi tenderin qalibi bəlli olub.
32gun.az xəbər verir ki, müsabiqənin qalibi "Toyota Absheron Merkezi" MMC olub.
Tərəflər arasında 101.900 AZN-lik müqavilə imzalanacağı gözlənilir.
Müqaviləyə əsasən qalib şirkət ADBTİA-nı üçün göstərilən məbləğə 1 ədəd 2023-cü il buraxılışlı Sedan tipli minik avtomobili təmin etməlidir.
Məlumat üçün onu da əlavə edək ki, şirkət 12.01.2021-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1 000 manatdır. Qanuni təmsilçisi Cəmil Məmmədov Böyükağa oğludur.
Xatırladaq ki, Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası bu ilin yanvar ayında 8 ədəd Sedan tipli abtomobilin alınması üçün tender elan etmiş və Müsabiqənin qalibi "Auto Azerbaijan" MMC olmuşdu.
Onu da xatırladaq ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyevdir.
Ayxan