MEK ərazisi ətrafında yaşıllaşdırma işləri görülüb
AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) oxucularına xidmət göstərməklə yanaşı, həmçinin öz ətraf ərazisində ekoloji problemlərin həlli, təbiətin zənginləşdirilməsi istiqamətində də işlər aparır.
Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi ekoloji siyasətin bu gün ölkədə uğurla həyata keçirilməsinin nəticəsidir ki, AMEA şəhərciyi də yaşıllıqlar məskəninə çevrilib. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində MEK bu sahədə görülən işlərə dəstək məqsədilə öz ərazisi ətrafında ekologiyanın mühafizəsi, təbiətin zənginləşdirilməsi, yaşıllıq zolaqlarının bərpası və inkişaf etdirilməsi istiqamətində də müəyyən tədbirlər həyata keçirib.
Kitabxananın ərazisi ətrafında yaşıllaşdırma və mövcud yaşıllıqlara xüsusi qulluq göstərilib, ağacların dibləri yumşaldılıb, gül məhsulları əkilib, suvarma işləri aparılıb.
Yaşıllaşdırma tədbirlərinin aparılması ətraf mühitin qorunması və yaşıllıqların artırılması ilə yanaşı, iqlim dəyişikliyinə qarşı mübarizəyə də töhfə verir.
İctimaiyyətlə əlaqələr şöbəsi