YANAN “Ağ çiçəyim”lə bağlı YENİ məlumatlar açıqlandı
"Hadisənin elektrik şəbəkəsindəki nasazlıq səbəbindən baş verdiyi ehtimal edilir".
Azia.az blogu Baku TV-yə istinadən xəbər verir ki, bunu Bakı Şəhər Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alan olmayıb və fərdi yaşayış evlərinə cüzi ziyan dəyib.