azia.az
azia.az

Bu ƏRAZİDƏ 120 manata parkinq-DƏHŞƏT

27-03-2024, 09:31

Xəbər verdiyimiz kimi, bu gün paytaxtın bir sıra ərazilərində yeni parkinq qiymətləri açıqlanıb. 

Azia.az blogu Yenisabah.az-a istinadən xəbər verir ki, yeni qiymətlər sürücülər arasında şok effekti yaradıb.

Saytımıza daxil olan məlumata görə, "Qış Parkı"nın dayanacağında da qiymət artımı olub. 

Belə ki, gün ərzində avtomobilini 12-24 saat bu dayanacaqda saxlayan sürücülər 8 manatlarından keçməli olacaqlar. 10-12 saat üçün bu məbləğ 5 manat təyin edilib. 

Aylıq paketlər isə 80 və 120 manat təyin olub. Məlumata görə, əvvəl "Qış Parkı"nda aylıq ödəniş 30 manat olub. 

Xatırladaq ki, “Azərbaycan Dəmir Yolları” QSC metronun 28 May stansiyasının yaxınlığında, Bakı Dəmiryolu Vağzalının ətrafında parkinq qiymətini sutkalıq 30 AZN təyin etməsi etirazla qarşılanmışdı. 



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi