AYNA-dan 4 nömrəli marşrutla bağlı şikayətlərə CAVAB
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 4 nömrəli marşrut xətti ilə bağlı sərnişinlərin etirazına münasibət bildirib.
Qurumdan Pravda.az-ın sorğusuna cavab olaraq bildirilib ki, "Xətai" metro stansiyasını Montin qəsəbəsi ilə əlaqələndirən 4 nömrəli marşrut xəttində hazırda 8 nəqliyyat vasitəsi fəaliyyət göstərir.
"İntervalın pozulmasına günün pik saatlarında avtobusların keçdiyi Xocalı prospekti və Puşkin küçəsində müşahidə edilən ləngimələr səbəb olur. Daşıyıcıya plana uyğun olaraq xəttəki nəqliyyat vasitələrinin sayını 10-a çatdırılması tövsiyə edilib".
Aytəkin Qardaşova