MEK əməkdaşları Türkiyənin Ankara şəhərinə ezam olunublar
MEK əməkdaşları Türkiyənin Ankara şəhərinə ezam olunublar
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru professor Məmməd Əliyev, Elektron resurslar şöbəsinin əməkdaşları Rövşən Məmmədli və Xəyalə Məmmədli Türkiyənin paytaxtı Ankarada ezamiyyətdə olublar.
“The British İnstitute at Ankara”nın dəvəti ilə baş tutan səfərdə Elektron resurslar şöbəsinin əməkdaşları vikipediyaçılarla birgə təlimlərə qoşularaq, burada təşkil olunan vikiseminarda öz təcrübələrini bölüşüblər. MEK əməkdaşları türkiyəli həmkarlarına kitabxananın “Vikipediya” istiqamətindəki metodik mərkəz kimi rolundan, elm müəssisələri ilə birgə sistemli fəaliyyətindən danışıblar. “Heydər Əliyev İli”nə MEK-in verdiyi töhfə nəzərə çatdırılıb və qeyd edilib ki, kitabxananın Elektron resurslar şöbəsi tərəfindən Ulu Öndərin 100 illiyi çərçivəsində 100-dən çox məqalə yaradılıb və əsaslı redaktə olunub.
Daha sonra professor Məmməd Əliyevin rəhbərliyi ilə MEK nümayəndə heyəti institutun iş şəraiti, elmi kitabxanası və fondları ilə tanış olublar.
MEK əməkdaşları səfər çərçivəsində, həmçinin 134 müxtəlif dildə 4 milyondan artıq kitab və 120 milyon elektron nəşr kolleksiyası ilə Türkiyənin ən böyük kitabxanası sayılan Prezident Milli Kitabxanasının fəaliyyətilə də yerində tanışlıq imkanı əldə ediblər.
İctimaiyyətlə əlaqələr şöbəsi