azia.az
azia.az

Olimpiya Oyunlarının keçirilməsi üçün 500 qədim ağac kəsiləcək

25-02-2024, 12:15

İtaliyada 2026-cı il Qış Olimpiya Oyunlarının keçirilməsi məqsədilə bobsley, skeleton və xizək idmanı üçün trasın tikintisinə mane olan 500 əsrlik qara şam ağaclarını kəsmək qərara gəlinib. Fanpage.it. italyan portalının məlumatına görə, layihəyə 120 milyon avrodan çox vəsaitin ayrılması planlaşdırılır. Ekoaktivistlər bu ağacların kəsilməsinin əleyhinədirlər və trasın salınması üçün alternativ variantlar təklif edirlər.

“Alternativ yol bir saatdan azacıq çoxdur: Avstriyanın İnsbruk şəhərində artıq işlək bobsley marşrutu var və Beynəlxalq Olimpiya Komitəsi bu yoldan istifadənin qadağan edilmədiyini açıqlayıb”, – deyə fəallar bildiriblər.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, İtaliyanın ən böyük ekotəşkilatları layihənin heç bir ekoloji qiymətləndirmədən keçmədiyinə əmindirlər, çünki o, eyni zamanda ən gözəl Alp vadilərindən birini məhv olmaq təhlükəsi altında qoya bilər. İtaliyanın Alp klubunun hesablamalarına görə, sözügedən yolun inşa edilməsi üçün 25 min kvadratlıq ərazidəki çoxəsrlik qara şam ağacları kəsilməlidir.

Gələcəkdə isə bu marşrut nə ekoloji itkiləri, nə də tikinti xərclərini doğrultmayacaq. Çünki bu yoldan, yarış başa çatdıqdan sonra başqa bir layihə üçün istifadə edilməsi mümkün olmayacaq. Tras yalnız bobsled və skeleton üçün istifadə ediləcək, yəni İtaliyanın hər yerindən yalnız cəmi bir neçə onlarla idmançının yarışması üçün lazım olacaq.

Bundan əlavə, yerli hakimiyyət orqanları artıq Olimpiya Oyunları başa çatdıqdan sonra bu böyük idman obyektini lazımi şəkildə saxlaya bilməyəcəklərini bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi