azia.az
azia.az

Bu qədər hərbçi ölüb – DƏHŞƏTLİ RƏQƏM

28-03-2024, 08:09

Rusiya-Ukrayna müharibəsinin ikinci ildönümündə Rusiyanın itkiləri ilə bağlı yeni məlumat dərc edilib.

"Cebhe.info" xəbər verir ki, bu barədə “Mediazona” nəşrinin jurnalistləri apardıqları araşdırmanın nəticələrini ictimaiyyətə təqdim ediblər.

Belə ki, işğalın ilk günü - 24 fevral 2022-ci ildən 2023-cü ildək ölənlərin sayını hesablayıblar.

Onların hesabladıqları rəqəm təxminən 75 mindir. 

Məlumatda bildirilir ki, əgər 2022-ci ildə ölənlərin sayı təxminən 24 min nəfər idisə, 2023-cü ildə bu, iki dəfədən çox artaraq, 50 min nəfərə çatıb.

Maksimum itki isə 2023-cü ilin yanvar-mart aylarında Baxmut uğrunda döyüşlər zamanı olub. Son altı ayda gündə təxminən 120 nəfər rus hərbçisi ölüb.

Naibə


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi