azia.az
azia.az

Baba, nənə və nəvəni xüsusi amansızlıqla öldürmək istəyən şəxs Psixiatriya Xəstəxanasına yerləşdirildi

16-02-2024, 10:07

Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə və mənzil toxunulmazlığını pozmada təqsirləndirilən Fuad Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

 
Məhkəmənin hökmü ilə Fuad Məmmədovun nəzərdə tutulan cinayət əməllərini anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab olunub. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman anlaqsız vəziyyətdə olduğuna görə cinayət məsuliyyətindən azad edilib. Onun barəsində Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsinə əsasən, ümumi tipli psixiatriya stasionarlarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilib, qərarın icrası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına həvalə olunub. Eyni zamanda, hökmdə qeyd edilib ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri və təhlükəsizlik tədbiri qərar qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilməsin.

 

Qeyd: Hadisə 24 fevral 2023-cü il tarixdə, saat 01 radələrində qeydə alınıb.

 

Belə ki, Şəmkir rayon Polis Şöbəsinə rayon sakini Natiq Abbasovun daxilə keçmiş, onun arvadı Sevda Abbasovanın qulağının kəsilmiş-deşilmiş və ailənin azyaşlı nəvəsinin sifət nahiyəsinin bıçaq xəsarətləri almaları barədə məlumat daxil olub. Dərhal Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb, araşdırmalar nəticəsində qeyd olunan şəxslərə xəsarətləri yetirməkdə şübhəli bilinən, qonşuları, dəfələrlə ruhi-əsəb dispanserində müalicə almış, 1990-cı il təvəllüdlü Fuad Məmmədov saxlanılıb.

 

İttihama görə, Fuad Məmmədov “paranoid şizofreniya” psixi xəstəliyi nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməməklə və onu idarə edə bilməməklə anlaqsız vəziyyətdə olub. O, cinayət əməlini törətməzdən əvvəl və hadisə anında həmin xroniki ruhi xəstəlikdən əziyyət çəkməklə 4 yaşında uşaq olduğu vaxtlarda hazırda kirvəlik münasibətində olduğu zərərçəkmiş Natiq Abbasovu və onun digər ailə üzvlərinin onu təhqir etməsini xəyalına gətirərək onlardan qisas alıb öldürmək məqsədilə həmin şəxslərin evinə daxil olub. Nəticədə Fuad xüsusi amansızlıqla onlara bıçaqla xəsarət yetirib.

 

Kamal Məmmədov


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi