azia.az
azia.az

Bu dövlət niyə ZƏNGƏZUR dəhlizinə “qırmızı xətt” deyir?-ÜÇ DÖVLƏT İSƏ....

13-02-2024, 23:45

“Azərbaycanlıların əsas tələbi Rusiyanın da bizdən tələb etdiyi Zəngəzur dəhlizidir ki, ona nəzarət Rusiya sərhəd qoşunları tərəfindən həyata keçirilməlidir”.

“Cebhe.info” xəbər verir ki, bunu fevralın 13-də parlamentdə jurnalistlərlə söhbətində hakim “Mülki müqavilə” partiyasından deputat, Ermənistanın keçmiş müdafiə nazirinin müavini Qaqik Melkonyan deyib.

“Yəni ki, burada hamı Zəngəzur dəhlizinin olmasını istəyir. Türkiyə istəyir, Rusiya istəyir, Azərbaycan istəyir. Amma İran deyir ki, bu dəhliz bizim üçün “qırmızı xətt”dir. Biz başa düşməliyik ki, bu dəhlizin qiyməti nə qədər olacaq”.

O deyib ki, rəsmi İrəvan “dünyanın kəsişməsi” deyəndə bu yolların açılmasına razıdır: 

“Lakin onlar bizim nəzarətimizdə olmalıdır. Biz demirik ki, onlar açılmayacaq. Amma ruslar, türklər, azərbaycanlılar deyirlər ki, yox, sən idarə etməyəcəksən.

Ərdoğan hələ yenidən seçilməmiş Naxçıvanda dedi ki, bu yol bizə lazım deyil, biz İrandan keçən yolla gedəcəyik, ermənilər bu yolu açmadıqlarına peşman olacaqlar. Seçkilərdən sonra yenə deyirlər ki, “Zəngəzur dəhlizi” lazımdır”.

Xəzər


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi