"Abşeron Polis İstintaqına yalan ifadə verən şəxslər məsuliyyətə niyə cəlb edilməyib?" Atlas Əsədova silsiləsindən VİDEOFAKT
Bu gün Atlas Əsədovanın həbs edilib daha sonra müəmmalı azadlığa çıxması ilə bağlı çox səsküylü prossesi izlədik. Beləki, A.Əsədovanın tək işi Nəsimi rayon Polis idarəsində deyil həmçinin Abşeron rayon Polis idarəsindədə aparılıb. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə hazırda Nəsimi rayon Polis idarəsində Atlas Əsədova ilə bağlı şikayətçi olan və zərərçəkmiş kimi tanınan şəxslərlə bağlı ona yaxın olan, Rasim Xudaverdiyev Abşeron Polis idarəsinə həmin zərərçəkmişləri şikayət edir. Məsələyə polisin çevik tədbir görməsi zamanı bir çox məqamlara aydınlıq gətirilir. Rasim Xudaverdiyevin şikayət epizodu üzrə aparılan istintaq araşdırması zamanı şəxslər polisə dəvət edilib. Dəvətdə dindirilən V.Bəkirov, S.Məmmədova və Z.Məhərrəmova verdikləri ifadələrlə şəxslərə böhtan atmasını sübuta yetirilər. R.Xudaverdiyevin Atlas Əsədovanın tapşırığı əsasında bu yola əl atması təqsirləndirilən şəxslər tərəfindən həm görüntülü həmdə səs yazıları ilə tamamilə sübut edilib. Lakin Rasim Xudaverdiyev və Atlas Əsədova Abşeron Polis İdarəsində ifadə verərkən bir-birlərini tanımadığı barədə rəsmi izahat veriblər. İzahatda bildirdikləri ifadələr hər tərəfli yalan olması ittiham edilən şəxslər tərəfindən sübuta yetirilib deyə bildirilir. (Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 297.1-ci (Bilə-bilə yalan ifadə vermə, yalan rəy vermə və ya yanlış tərcümə etmə) maddəsi ilə iş açılmalıdır. Bunu Azərbaycan Respublikasının Cinayət Məcələsi deyir biz yox.)