Astronavtların həyatı BUNA GÖRƏ təhlükədə -XƏBƏRDARLIQ(FOTO)
Ayın nüvəsi soyuduqca təxminən 100 metr kiçilib. Bu, yüz milyon illər çəkən mərhələli proses kimi görünsə də, büzülmə Yerin təbii peykinin Cənub Qütbünün bəzi hissələrində, o cümlədən NASA-nın ekipajlı “Artemis III” missiyası üçün təklif olunan ərazilərdə əhəmiyyətli səth deformasiyalarına səbəb olur.
Bu barədə ABŞ-nin Merilend Universitetinin tədqiqatçıları bildiriblər.
Alimlərin sözlərinə görə, Ayın kiçilməsi zəlzələ kimi seysmik aktivliklə müşayiət olunduğundan, qırılma zonalarına yaxın yerlər gələcəkdə tədqiqatçı-astronavtlar üçün təhlükə yarada bilər. Ona görə də səthdə qlobal daralma nəticəsində yeni qırılmaların potensialı nəzərə alınmalıdır.
Alimlər Ayın Cənub Qütbünün seysmik təkanlar nəticəsində yaranan sürüşmələrə xüsusilə həssas olduğunu vurğulayıblar.
Tədqiqatçıların sözlərinə görə, Yerdəki zəlzələlər kimi, Ay zəlzələləri də təbii peykin daxili hissəsindəki piltələrdən qaynaqlanır və missiyadakıların hazırladıqları strukturlara, avadanlıqlara zərər verəcək qədər güclü ola bilər.
O da vurğulanır ki, Yer kürəsində uzağı bir neçə dəqiqə davam edən zəlzələlərdən fərqli olaraq, Ay zəlzələləri saatlarla və hətta yarım gün davam edə bilər. Beləliklə onlar gələcək insan məskənlərini viran edə bilər.
Qeyd edək ki, NASA 2024-cü ilin sonunda “Artemis” missiyalarının bir hissəsi olaraq Aya 50 ildən bəri ilk ekipajlı uçuş həyata keçirməyə ümid edir. Alimlər bildiriblər ki, bu tədqiqat Ayda missiyanı gözləyən hadisələrə - istər Ayın seysmik fəaliyyətinə daha yaxşı tab gətirə bilən mühəndis strukturları cəhətdən, istərsə də tədqiqatçıları təhlükəli ərazilərdən qorumaq baxımından hazırlaşmağa kömək edir.