azia.az
azia.az

Sosial yardım adı altında insanları aldadıb pullarını mənimsəyən görün kimdir

25-01-2024, 10:21

Qubada bir neçə şəxsin sosial yardım, pensiya düzəltmək adı ilə pullarını mənimsəyən şəxs saxlanılıb.

Referans.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olan məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri zamanı rayon sakini Ülkər Kərimova saxlanılıb.

O, tamah niyyəti ilə özgənin əmlakını talama məqsədilə etibarından sui-istifadə etmə və aldatma yolu ilə vahid qəsdlə uzun müddət ərzində sosial müavinət, pensiya düzəldəcəyi adı ilə zərərçəkənləri aldadaraq onların ümumilikdə 11 500 (on bir min beş yüz) manat pullunu mənimsəyib.

Həmin şəxs ifadəsində etdiyi dələduzluq əməllərini səmimi etiraf edib.

Ü.Kərimovanın əməllərindən zərər çəkən şəxslərdən DİN-in "102 Xidməti Zəng Mərkəzi"nə və ya Quba RPŞ-nin (+994 23 335 35 11) şəhər nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, araşdırma aparılır.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi