azia.az
azia.az

Polimer Materialları İnstitutunun alimlərinin şəhid olmasından 34 il keçir

25-01-2024, 09:50


Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən sonra ən ağır cinayətlərdən biri yanvarın 24-də baş verib. 

34 il əvvəl bu gün vətənpərvər 5 alim çalışdıqları Polimer Materialları İnstitutuna işə gələrkən Sovet faşizminin amansızlığına tuş gəliblər. Faciə zamanı Azərbaycana yeridilən Sovet ordusunun tankı Bakı-Quba yolunun kənarında nasazlığı səbəbi ilə dayanan avtomobilin üstündən xüsusi amansızlıqla keçərək hadisə yerindən uzaqlaşıb. Professorlar İbrahim İbrahimov və Svetlana Məmmədova hadisə yerində, İsmayıl Mursaqulov isə 3 gün sonra şəhid olublar. 29 il sonra hadisədə yaralanan alimlərdən professor İdris Əhmədov 20 yanvar 2019-cu ildə dünyasını dəyişib.

Bu cinayət elm tarixində qara səhifələrdən biri kimi qalacaqdır. Şəhid olan görkəmli alimlərin – professorlar Svetlana Məmmədova, İbrahim İbrahimov və İsmayıl Mursaqulovun, eləcə də bu hadisədə yaralanan Parlaq Mustafayeva və İdris Əhmədovun xatirələri institut əməkdaşları tərəfindən hər zaman  yad ediləcəkdir.    

Allah bütün şəhidlərimizə rəhmət eləsin!


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi