azia.az
azia.az

"Əgər qondarma rejimi tanıyan yoxdursa, nəyi ləğv edəcəklər?"

26-12-2023, 19:08

Xəbər verildiyi kimi, Qarabağdakı separatçıların keçmiş lideri Samvel Şahramanyan “Artsax” qondarma rejimin buraxılması ilə bağlı qərarını ləğv edib.

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Məlahət İbrahimqızı dedi ki, qondarma rejimin statusunu onsuz da tanıyan yox idi:

"Əgər qondarma rejimi tanıyan yoxdursa, nəyi ləğv edəcəklər? Cənab prezident Xankəndidə olanda onların bayraqlarını ayaqladı getdi. Qarabağ işğaldan azad olunanda harada qondarma rejimin bayrağı var idisə, qəzəblə söküldü, tullanıldı. Bayraq yox, bir əski parçası idi. "Artsax"ın özü də heç vaxt tanınmayıb. Onların qərarlarından geri çəkilmələrindən narahat olmamalıyıq. Bu, heç kəsi təşvişə salmamalıdır".

Humay İSGƏNDƏRLİ


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi