azia.az
azia.az

Məlahət İbrahimqızı: "Hər iş axtaranı Qarabağa göndərmək olmaz"

10-01-2022, 18:04

Məlahət İbrahimqızı: "Hər iş axtaranı Qarabağa göndərmək olmaz"
"Millət vəkili Aqil Abbasın tələbələrin Qarabağdakı quruculuq işlərinə cəlb edilməsi ilə bağlı fikrini dəstəkləyirəm, lakin işğaldan azad edilmiş ərazilərə hər tələbəni aparmaq olmaz. Əvvəla, həmin ərazilər minalardan tamamilə təmizlənməyib. Doğrudur, quruculuq işləri minalardan təmizlənmiş ərazilərdə aparılır, amma yenə də ehtiyatı əldən vermək olmaz. Bütün ərazilərin minalardan təmizlənmə işi yekunlaşanda daha geniş quruculuq işlərinə start veriləcək. Belə olan halda, təkcə tələbləri deyil, məşğulluqla bağlı növbədə dayanan vətəndaşları işçi qüvvəsi kimi Qarabağa göndərmək mümkündür".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı deyib.

Parlament üzvü bildirib ki, iş axtaranların, xüsusilə də dülgər, çilingər, elektrik və s. kimi müəyyən peşə sahiblərinin quruculuq-abadlıq işlərinə cəlb edilməsi doğru seçim olar: "Yəni, elə hər iş axtaranı Qarabağa göndərmək olmaz. İndi də işğaldan azad edilmiş ərazilərdə öz həmvətənlilərimiz çalışır. Yalnız hər layihədə məhdud sayda işçi xaricdən gəlib ki, onlar da yüksək ixtisaslaşmış mütəxəssislərdir. Demək olar ki, Qarabağda yalnız ölkədə olmayan ixtisas sahibləri üzrə əcnəbilər çalışır. Sadəcə olaraq, minalardan tam təmizlənmədiyi üçün tələbələrin həmin ərazilərə kütləvi aparılması mümkün deyil. İnşallah, Qarabağın və Şərqi Zəngəzurun bütün ərazilərində kütləvi quruculuq işlərinə başlamaq ölkədə işsizlik probleminin tamamilə aradan qalxmasına gətirib çıxaracaq. İşçi qüvvəsinin seçimi üçün isə yəqin ki, dövlət müəyyən qaydalar tətbiq edəcək. Əks halda, hər kəsi avtobusa yığıb Qarabağa işləməyə aparmaq olmaz".


Qeyd: Deputat Aqil Abbas Milli Məclisin ötən gün keçirilən iclasında deyib: "Azərbaycanda tələbə inşaat dəstələri yaradılmalıdır. Azərbaycan gənci Qarabağda canından keçə bilir. Niyə Qarabağa gedib könüllü işləməsinlər? Maaş da almalıdırlar. İki ay nədir ki? Boş, bekar və avara gəzənəcən. Bu, on minə qədər işçi qüvvəsi deməkdir".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi