azia.az
azia.az

Xaçmazda uçan körpünün yerində inşa edilmiş yeni körpü istifadəyə verilib

23-12-2023, 16:16

  Bu il sentyabrın 15-də Xaçmaz rayonunda sel sularının uçurduğu, Qüdyalçay üzərində yerləşən körpünün yerində inşa edilmiş yeni körpü istifadəyə verilib.

"Report"un Şimal bürosunun məlumatına görə, açılış mərasimində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədr müavini Əvəz Qocayev, Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavinləri və rayon ictimaiyyəti iştirak ediblər.

Respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 27-ci km-də yerləşən ikiaşırımlı yeni körpü 97 min əhalisi olan 98 yaşayış məntəqəsini rayon mərkəzi və ətraf ərazilərlə birləşdirir. Onun uzunluğu 66 metr, eni 15 metrdir.

Körpü istifadəyə verilsə də, onun mühafizə bəndlərinin və istinad divarlarının tikintisi davam etdiriləcək.




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi