azia.az
azia.az

Azərbaycanda təhlükəli “SEYMUR MƏMMƏDOV PRESEDENTİ”: Məhkəmə cəzası bitməyən şəxs vəzifəyə necə gətirilib?

4-12-2023, 09:08

Barəsində dələduzluq ittihamı ilə məhkəmə hökmü çıxarılan Seymur Məmmədovun Sumqayıt Bulvar İdarəsinə direktor təyin edilməsinin hansı yolla baş tutması ciddi suallar doğurur.


Sumqayıt Bulvar İdarəsinin direktoru Seymur Məmmədovun dələduzluq maddəsi ilə 5 il şərti cəza alması ilə bağlı ilginc məlumatı yenicag.az olaraq yaymışdıq. Həmin məlumatda bildirilmişdi ki, Seymur Məmmədov Sumqayıt Bulvar idarəsinin direktoru vəzifəsinə təyinat almazdan cəmi bir neçə ay əvvəl Bakı Apellyasiya Məhkəməsində dələduzluq maddəsi ilə mühakimə olunub və barəsində 5 il müddətinə şərti həbs hökmü çıxarılıb.

Qeyd edək ki, Abşeron rayonu Saray Bələdiyyəsi və vətəndaşlar Elşən Rəhmanlı ilə Elmir Şəmiyevin iddiası əsasında 2022-ci ildə Bakı Apellyasiya Məhkəməsində hakim Rəşad Abdulovun sədrliyi ilə baxılan işin yekununda Seymur Məmmədov və ortağı Çingiz Təhməzov Cinayət Məcəlləsinin 178.3.2 maddələri ilə təqsirləndirilərək 5 il şərti cəza alıblar. Bundan başqa, Seymur Məmmədov və ortağı zərərçəkmiş şəxslərə dəymiş ziyanın bir hissəsini də ödəməli olublar.

Eyni zamanda, Seymur Məmmədovla bağlı yayılan iddialarda onun həm də Masazır qəsəbəsindəki “göl” adlanan ərazidə qanunsuz həyət evləri inşa edərək satan maklerlərin himayədarlarından biri olduğu deyilir. Məhkəmənin qərarı ilə 5 il şərti cəza aldıqdan cəmi bir neçə ay sonra Seymur Məmmədovun Sumqayıt Bulvar İdarəsinin direktoru təyin edilməsinin ölkənin mövcud qanunvericiliyinə və ictimai normalara uyğunluğu haqqında danışmaq belə artıqdır.

Yəni dələdzuluq maddəsi ilə təqsirləndirilən şəxsin cəza alması və cəzasını çəkdiyi müddət bitmədən rəhbər vəzifəyə təyin olunması mümkünsüz görünsə də, bunun Seymur Məmmədova heç bir aidiyyatı olmayıb. Hər halda, Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov himayəsində olduğu deyilən Seymur Məmmədovu Bulvar İdarəsinin direktoru təyin etməklə, həm qanunları, həm də əxlaqi dəyərləri tapdalamaqdan çəkinməyib.

Lakin Azərbaycan hüquqi ölkədir və burada dövlətə, onun qanunlarına meydan oxumaq cəsarəti göstərən “kiçik padşah”ların necə sərt şəkildə cəzalandırılmalarının dəfələrlə şahidi olmuşuq. Aydın məsələdir ki, dələduzluqda təqsirləndirilərək cəzalandırılan bir şəxsin yüksək vəzifəyə gətirilməsi dövlətin nüfuzuna və vətəndaşların etimadına zərbə vurmaqdır.

Ona görə də, inanırıq ki, dövlətin müvafiq səlahiyyətli qurumları bu utancverici faktla bağlı zəruri araşdırmalar apararaq lazımi ölçü götürəcəklər. Əks halda, Seymur Məmmədovun timsalında bu təyinat ölkə üzrə çox mənfi presedentə səbəb olacaq və “cəzalı şəxslər”in yüksək vəzifələrə axınına yol açacaq.

Mövzunu davam etdirəcəyik.


www.yenicag.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi