azia.az
azia.az

Beynəlxalq Türk Akademiyasının nümayəndə heyəti Səmərqəndin simvolik tikililərini və arxeoloji abidələrini ziyarət edib

15-11-2023, 10:13


 “Türk Dünyası Arxeologiya İnstitut və Mərkəzləri Prezidentlərinin İlk İşçi Toplantısı”nda iştirak etmək üçün Səmərqənddə səfərdə olan Beynəlxalq Türk Akademiyasının nümayəndə heyəti toplantı iştirakçıları ilə birlikdə bu şəhərin simvolik tikililərini və arxeoloji abidələrini ziyarət ediblər. 

İştirakçılar arasında Azərbaycan tərəfdən AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru v.i.e., tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev də olub.

Qonaqlar əvvəlcə Yəhyo Qulomov adına Səmərqənd Arxeologiya İnstitutunda, sonra isə Əfrasiab Muzeyində olub, Özbəkistanın qədim və zəngin tarixi haqqında hərtərəfli məlumat əldə ediblər.

Səfərin ən mühüm hadisələrindən biri Əfrasiab yaşayış məntəqəsindən 30 km cənub-şərqdə, Səmərqənd yaxınlığındakı eyniadlı qəsəbədə yerləşən V-VIII dövr xarabalıqlarını ziyarət etmək olub. Məqsəd 16-cı əsrə aid “Kafir Kale” adlı qədim Soğd qalasının xarabalıqları və şəhəri ilə tanış olmaq olub.

Arxeoloji qazıntıların nəticələri ilə yaxından tanışlıq baş tutub, həmçinin “İpək Yolu: Zəravşan-Karakum dəhlizi” nominasiyası çərçivəsində “Kafir Kale” yaşayış məskəninin tədqiqi ilə bağlı görülən işlər və gələcək planlar barədə məlumat əldə olunub. 

Qeyd edək ki, tarixi Zəravşan-Karakum dəhlizi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxildir


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi