azia.az
azia.az

Tiflisdə İŞİD bayrağı daşıyan görün kimdir-RƏZALƏT

13-11-2023, 08:18

Gürcüstanda Azərbaycan vətəndaşı İŞİD terror təşkilatına üzv olmaqda ittiham edilərək saxlanılıb. 

Azia.az Cəbhəinfo-ya istinadən xəbər verir ki, ötən gün Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin antiterror mərkəzi tərəfindən İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinərək saxlanılan iki əcnəbidən biri Azərbaycan, digəri isə Rusiya vətəndaşıdır.

Dövlət Təhlükəsizliyi Xidmətindən verilən məlumata görə, onlar miqrantın Gürcüstan ərazisindən keçməklə qeyri-qanuni olaraq başqa ölkəyə göndərilməsinə və Gürcüstanda qalmasına şərait yaratdıqları üçün saxlanılıblar.

Bildirilir ki, yaxın saatlarda Tbilisi Şəhər Məhkəməsində məhbusların məhkəməsi keçiriləcək.

İstintaq davam etdiyi üçün iclas bağlı qapılar arxasında keçiriləcək.

Saxlanılanların vəkili Ani Sişniaşvili bildirib ki, Dövlət Təhlükəsizlik Xidməti sübut əldə edə bilməyib, istintaq Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsi (qanunsuz olaraq odlu silah və partlayıcı maddələr əldə etmə, saxlama və gəzdirmə) əsasında aparılır. .

Bundan əvvəl “Novosti-Qruziya” agentliyi məlumat vermişdi ki, Dövlət Təhlükəsizliyi Xidmətinin antiterror mərkəzi miqrantların qeyri-qanuni daşınması işi üzrə aparılan araşdırma zamanı iki əcnəbi vətəndaşı saxlayıb.

Xüsusi əməliyyat Tbilisinin iki məntəqəsində eyni vaxtda keçirilib. Axtarış zamanı partlayıcı maddələr və əldəqayırma partlayıcı qurğular götürülüb.Onların üzərindən elektron məlumat ötürmə vasitələri, tüfənglər, saxta xarici pasportlar və üzərində İŞİD terror təşkilatının simvolları olan bayraq tapılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi