Xankəndidə PARTLAYIŞ zamanı ölən bir ailənin 4 üzvü dəfn edildi
Xankəndidə PARTLAYIŞ: Bir ailənin 4 üzvü dəfn edildi
Azərforum musavat.com-a istinadən bildirir ki, Xankəndidəki yanacaq anbarında baş verən partlayış zamanı yanaraq ölən Şahramanyanlar ailəsinin 4 üzvünün dəfn mərasimi bu gün Ermənistanda keçirilib.
Partlayış zamanı ailənin atası Vardan Şahramanyan, onun iki oğlu Vadim və German, habelə kürəkəni Gevork Qabrielyan yanaraq ölüblər.
Bildirilir ki, ailədən sağ qalanlar bunlardır: Vardan Şahramanyanın 44 günlük müharibə zamanı yaralanan üçüncü oğlu və onun anası. Həmçinin Vardanın bacısı Bertanın əri də partlayışda yanıb.
Meyitlər yandığı üçün DNT analizi nəticəsində ölənlərin Şahramanyan ailəsinin üzvləri olduğu müəyyən edilib. Bu səbəbdən dəfn mərasimi gec baş tutub.