Göbələk kişilərdə bu xəstəlik riskini azaldır
Alimlər göbələyin kişilərdə xərçəng riskini azaltdığını açıqlayıb.
Azia.az lent.az-a istinadən bildirir ki, mütəxəssislərin fikrincə, göbələklərin kişilərdə xərçəng hüceyrələrinin inkişafına qarşı qoruyucu təsir göstərir.
Araşdırmalara görə, həftədə bir və ya iki dəfə göbələk yeyən kişilərdə prostat xərçəngi riski daha az göbələk yeyənlərə nisbətən 8 faiz daha azdır. Həftədə üç dəfə göbələk yeyənlərin xərçəng riski 17 faiz daha azdır.
Mütəxəssislər bu sağlamlıq təsirinin göbələklərdə L-ergotioninin olması ilə əlaqədar olduğunu iddia edirlər.